Suriyada hərbi təyyarə yaşayış binalarının üzərinə düşdü: 35 ölü
Suriyada hökumət qüvvələrinə aid hərbi təyyarənin yaşayış məntəqəsinə düşməsi nəticəsində 35-ə nəfər ölüb.
APA TV-nin Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bunu Suriya Mülki Müdafiə Qoşunlarının nümayəndəsi Rami Kurabi bildirib.
Hərbi təyyarənin yaşayış məntəqəsinə düşməsi nəticəsində 120 şəxs də xəsarət alıb.
Təyyarənin düşdüyü yerdə 6 binanın yerlə yeksan olduğu bildirilir. Məlumatlara əsasən, dağıntılar altından çoxlu sayda ölü və yaralı çıxarılıb.
Suriya İnsan Haqlarına Nəzarət Təşkilatının rəhbəri Rami Abdülrahman təyyarənin texniki nasazlıq nəticəsində qəzaya uğradığını iddia edib. Qeyd edək ki, Erixa Suriya ordusunun əsas istinadgahlarından biri olub. Bu ilin mayında isə müxalif qüvvələrin əlinə keçib. Bu arada bəzi mənbələr qəza baş verdiyi qəsəbənin Əsəd qüvvələrinin hücumuna məruz qaldığı barədə məlumat yayıb.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi
Azərbaycan-Özbəkistan müttəfiqlik münasibətləri: Xəzərdə YENİ KOORDİNASİYALI REGİONAL MƏKAN yaranır
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb