SOS: Havanın hərarəti 43 dərəcəyə çatacaq!
Avqustun 4-də Bakı və Abşeron yarımadasında hava şəraiti günəşli olacaq, gündüz cənub-şərq küləyi əsəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, havanın temperaturu gecə 24-27 dərəcə, gündüz 33-38, bəzi yerlərdə 40 dərəcə isti olacaq.
Sabah Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək, lakin axşam və gecə bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək, gündüz bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu Aran rayonlarında gecə 22-27, gündüz 35-40, bəzi yerlərdə 43 dərəcə, dağlıq rayonlarda gecə 17-22, gündüz 29-34 dərəcə isti olacaq.
OXŞAR XƏBƏRLƏR
17:47
412
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
13:46
650
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi
11:54
710
Azərbaycan-Özbəkistan müttəfiqlik münasibətləri: Xəzərdə YENİ KOORDİNASİYALI REGİONAL MƏKAN yaranır
16:32
1349
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:15
2097
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb
13:18
2013