PKK Ermənistanla həmsərhəd bölgələri nəzarətə götürməyə hazırlaşır
PKK Türkiyə-Ermənistan sərhədləri boyunca gərginlik zolağı yaratmaq planını həyata keçirməyə başlayıb. APA TV-nin məlumatına görə, Türkiyə mətbuatı terrorçuların Ağrı, Qars, İğdır, Doğubəyazid, Ərdəhan və Gölədə gərginlik zolağı yaratmağa başladığını yazır. PKK terror təşkilatının bu ərazilərdə fəallaşmaqda məqsədi Ermənistandan dəstək almaq və bu ölkədən hərbi yardım əldə olunmasını asanlaşdırmaqdır. Mətbuat Kandildəki terrorçu Cəmil Bayıkın ən etibarlı adamlarından Yusuf Şekin bölgədə terror aktlarını artırmaq məqsədilə Ermənistanla sərhəd bölgələrə göndərildiyini yazıb. Gərginlik zolağı planı baş tutarsa, Ermənistanın PKK-ya dəstəyi və hərbi yardımı təmin edilmiş olacaq. Mətbuat Ermənistanda PKK düşərgələrinin olmasının hər kəsə məlum fakt olduğunu yazıb. Xatırladaq ki, Türkiyə-Ermənistan sərhədi Azərbaycan kökənli türklərin ən sıx yaşadığı bölgələrdir.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi
Azərbaycan-Özbəkistan müttəfiqlik münasibətləri: Xəzərdə YENİ KOORDİNASİYALI REGİONAL MƏKAN yaranır
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb