Türkiyədə 5 PKK terrorçusu məhv edildi
Türkiyənin Ağrı vilayətində PKK terror təşkilatına qarşı keçirilən əməliyyat zamanı 3 terrorçu məhv edilib.
APA TV-nin xəbərinə görə, vilayət valiliyinin açıqlamasında bildirilir ki, əməliyyat vilayətin inzibati mərkəzində keçirilib. Əməliyyat nəticəsində PKK-nın üç üzvü məhv edilib, onların terror məqsədilə istifadə etməyi planlaşdırdığı silah və sursatlar ələ keçirilib.
Qarsda isə PKK terrorçuları 20-yə yaxın avtomobilə od vurublar. Təxminən 25 terrorçu Qars-İğdır-Ərzurum magistralında yolda xəndək qazaraq, avtomobillərin hərəkətini dayandırıblar. Daha sonra onlar dayanmağa məcbur olan 20-yə yaxın avtomobilə od vurublar.
Ərzurumdan Qarsa gedən avtobusdakı 26 sərnişin terrorçular tərəfindən girov götürülüb. Sərnişinlər təxminən iki saat saxlanıldıqdan sonra sərbəst buraxılıblar.
Hadisədən sonra bölgədə anti-terror əməliyyatı başlayıb. Ərazidən qaçan terrorçuların zərərsizləşdirilməsi üçün tədbirlər görülür.
Tunceli-Ərzincan yolunda da PKK terrorçuları üç yük maşınını yandırıblar. Terrorçular daha sonra dağlıq əraziyə qaçıblar. Türkiyə ordusunun helikopterləri terrorçuların qaçdığı ərazini bombalamağa başlayıb.
Van vilayətinin Çatak qəsəbəsində isə terrorçular jandarma komandanlığı və polis şöbəsini qumbaraatanlar və iriçaplı silahlardan atəşə tutublar. Əsgər və polis əməkdaşları cavab atəşi açıblar. Atışma zamanı iki PKK terrorçusu məhv edilib. Qaçan PKK-çıların zərərsizləşdirilməsi üçün bölgədə əməliyyat başlayıb. Əməliyyatda hərbi helikopterlər də iştirak edir.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi
Azərbaycan-Özbəkistan müttəfiqlik münasibətləri: Xəzərdə YENİ KOORDİNASİYALI REGİONAL MƏKAN yaranır
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb