“Kəpəz” mövsüm hazırlıqlarına başlayıb
Gəncənin “Kəpəz” futbol klubu mövsüm hazırlıqlarına başlayıb. Fəaliyyətini bərpa edən Gəncə təmsilçisi şəhər stadionunun ot örtüyü bərpa edilənədək məşqlərini Samux rayonunun Ağasıbəyli kənd stadionunda keçirir. Hazırlıq prosesinə 30-dan artıq futbolçu cəlb olunub. Onlar arasında təcrübəlilərlə yanaşı, gənclər də var. Peşəkarlardan Mətləb Məmmədov, Pərvin Paşayev və Zaur Əsədov komandada qalıb. Komandanın kapitanı olmuş Şahin Kərimov isə klubdan ayrılaraq, Naxçıvanın "Araz" komandasına üz tutub.
İlk məşqdə baş məşqçi Vidadi Rzayevlə köməkçisi Azər Məmmədov futbolçuları standart texniki hərəkətlərdə və ikitərəfli oyunda sınayıblar. Məşqləri klubun prezidenti Mehman Allahverdiyev də izləyib.
Hazırda Bakıdan, Sumqayıtdan eləcə də Qaxdan olan bir sıra futbolçularla danışıqlar gedir. Həmçinin, bir türk futbolçu da məşqlərə cəlb edilib.
Məşqləri izləməyə klubun azarkeşləri də gəlir. Amma onlar klubun şəraitsizliyindən narahatdırlar.
"Kəpəz" yeni mövsümü I divizionda keçirəcək.
OXŞAR XƏBƏRLƏR
Emin Əmrullayev: “Ən böyük problemimiz oxudur”
Bəzi istiqamətlər üzrə müasir suvarma sistemlərinə 50%-dək güzəşt ediləcək
PISA-da riyazi savadlılıq üzrə Azərbaycanın neçənci yerdə olduğu açıqlanıb
Səhiyyə Nazirliyi: Azad edilmiş ərazilərdə xəstəxanaların layihələndirilməsi işləri gedir
"Azərbaycanın yaratdığı əməkdaşlıq irsinə əsaslanan model formalaşdıracağıq"