“Mazda” kanala düşdü, 24 yaşlı oğlan öldü
İmişlidə ölümlə nəticlənən yol qəzası baş verib. APA TV-nin məlumatına görə, İmişli-Mirili avtomobil yolunun 7-ci kilometrliyində, Bəcirəvan kəndi ərazisində İmişli istiqamətində hərəkətdə olan “Mazda” markalı avtomobilin sürücüsü sərt döngədə idarəetməni itirib və qarşıdan gələn, Sadıq Sadıqovun idarə etdiyi “Mercedes” markalı avtomobillə toqquşub. Zərbənin gücündən “Mazda” yolun kənarındakı su kanalına yuvarlanıb. Nəticədə avtomobildə olan 24 yaşlı Haciyev Səbuhi Yusif oglu hadisə yerində ölüb. Şəxsiyyəti dəqiqləşdirilməyən digər gənc isə ağır bədən xəsarəti alıb. Onun vəziyyəti ağır olduğundan Bakı xəstəxanalarından birinə göndərilib. Qəza zamanı "Mercedes"in sərnişini Bədirov Fəxrəddin isə yüngül bədən xəsarəti alıb. Faktla bağlı İmişli rayon Polis Şöbəsində araşdırma aparılır.
Mahir Məmmədli, Əlibəy Zeynallı, APA TV
OXŞAR XƏBƏRLƏR
Emin Əmrullayev: “Ən böyük problemimiz oxudur”
Bəzi istiqamətlər üzrə müasir suvarma sistemlərinə 50%-dək güzəşt ediləcək
PISA-da riyazi savadlılıq üzrə Azərbaycanın neçənci yerdə olduğu açıqlanıb
Səhiyyə Nazirliyi: Azad edilmiş ərazilərdə xəstəxanaların layihələndirilməsi işləri gedir
"Azərbaycanın yaratdığı əməkdaşlıq irsinə əsaslanan model formalaşdıracağıq"