Aliment ödəmək istəməyən Göygöl sakini özünü vurdu
Göygöl rayonunda keçmiş arvadına aliment ödəmək istəməyən 24 yaşlı gənc özünə qayçı ilə xəsarət yetirib.
APA TV-nin qərb bürosunun xəbərinə görə, hadisə iyulun 29-da Göygöl Rayon Məhkəməsinin binasında qeydə alınıb.
Rayonun Çaykənd kəndində yaşayan, Kəlbəcərdən olan məcburi köçkün, 1991-ci il təvəllüdlü Məhəbbət Uğurluyev Göygöl Rayon Məhkəməsinin icra şöbəsinə çağırılaraq, ona üç il əvvəl boşandığı keçmiş həyat yoldaşına bir uşağa görə 740 manat aliment borcu olduğu və pulu ödəmədiyi təqdirdə, barəsində hüquqi tədbir görüləcəyi bildirilib.
Bu zaman Məhəbbət Uğurluyev otaqda əlinə keçirdiyi qayçı ilə özünə xəsarət yetirib. Qarnın kəsilmiş-deşilmiş yarası xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilən M.Uğurluyevin vəziyyətinin orta ağır olduğu bildirilir.
Valideynləri bildirib ki, məhkəmə icraçılarının borcla bağlı tələblərindən sonra Məhəbbət Uğurluyev əsəb gərginliyindən bu cür hərəkətə əl atıb.
Faktla bağlı Göygöl rayonu hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi
Azərbaycan-Özbəkistan müttəfiqlik münasibətləri: Xəzərdə YENİ KOORDİNASİYALI REGİONAL MƏKAN yaranır
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb