Ərdoğandan Dəmirtaşa sərt sözlər: "Həddini bil!"
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Xalqların Demokratik Partiyası (HDP) sədri Səlahəddin Dəmirtaş haqqında sərt fikirlər səsləndirib.
APA TV-nin Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, Çinin paytaxtı Pekində jurnalistlərin suallarını cavablandıran Ərdoğan Dəmirtaşın çıxışına münasibət bildirib.
Türkiyə prezidenti HDP sədrinin “Suruc qətliamını “Saray”dakı xüsusi təyinatlı qrup etdi” ittihamını cavablandıraraq bildirib ki, bu, tərbiyəsizcə irəli sürülmüş ittihamdır: “O, üzərindəki qaranlıq buludları dağıtmağa çalışır. Prezident iqamətgahı çox yüksək məqamdır, bu səviyyəyə düşürüləcək bir yer deyil”.
Ərdoğan vurğulayıb ki, Dəmirtaş 6-7-8 oktyabr qətliamının əsas günahkarıdır: “Bu günə qədər toxunulmazlıq zirehi altındadır. Böyük qardaşı dağda yetişib və hələ də dağda olan biridir. Özü də fürsət düşən kimi yəqin ki, ora gedər. Zatən zaman-zaman təlimatları ordan alırlar”.
Türkiyə prezidenti HDP sədrini həddini bilməyə çağırıb: “Ağzından çıxanı qulağının eşitsin. Həddini bilsin”.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi
Azərbaycan-Özbəkistan müttəfiqlik münasibətləri: Xəzərdə YENİ KOORDİNASİYALI REGİONAL MƏKAN yaranır
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb