Bakıda polis kapitanı bıçaqlandı
Bakıda polis əməkdaşı bıçaqlanıb. Qaradağ rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə iyulun 28-də qeydə alınıb.
Qaradağ Rayon Polis İdarəsinin sahə müvəkkili, polis kapitanı Kamil Şərifov naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib və əməliyyat olunub. Kamil Şərifovu dindirmək hələlik mümkün olmayıb.
Hazırda hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat axtarış tədbirləri davam etdirilir. Polis İdarəsindən hadisənin motivinin hələlik məlum olmadığı, araşdırma aparıldığı bildirilib.
Qeyd edək ki, Kamil Şərifovun bıçaqlanması barədə dostları sosial şəbəkələrdə məlumat yayıblar. Dostları onun xəstəxanadakı fotolarını da paylaşıblar. Əlavə edək ki, polis zabitinin tanınmış idmançı, Kick-Boxinq üzrə 11 dəfə Azərbaycan çempionu, K1 turnirinin qalibi, dünya kubokunun sahibi, 4 qat dünya çempionu və beynəlxalq dərəcəli idman ustası olduğu bildirilir.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi
Azərbaycan-Özbəkistan müttəfiqlik münasibətləri: Xəzərdə YENİ KOORDİNASİYALI REGİONAL MƏKAN yaranır
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb