Bakıda 38 yaşlı qadın özünü bıçaqlayaraq öldürdü
Gecə saatlarında təcili tibbi yardım briqadası tərəfindən 1 saylı Şəhər Kliniki Xəstəxanasına bıçaq xəsarətləri ilə yaralı qadın gətirilib.
Xəstəxanadan APA TV-yə verilən məlumata görə, həkimlər ona döş qəfəsinin sol yarısının kəsilmiş deşilmiş yarası diaqnozu qoyublar. Ağır vəziyyətdə əməliyyata götürülən xəstənin həyatını xilas etmək mümkün olmayıb.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib. Məlum olub ki, ölən qadın 38 yaşlı Alidə Nəriman qızı Abdullayevadır. Araşdırmalar zamanı müəyyən edilib ki, Alidə Abdullayeva Səbail rayonunun Bayıl qəsəbəsində yaşadığı evdə özünə xəsarət yetirib.
APA TV-nin hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, Alidə Abdullayevə psixi xəstəlikdən əziyyət çəkib.
Faktla bağlı Səbail rayon prokurorluğunda cinayət işi başlanıb. Araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi
Azərbaycan-Özbəkistan müttəfiqlik münasibətləri: Xəzərdə YENİ KOORDİNASİYALI REGİONAL MƏKAN yaranır
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb