Türkiyə qırıcıları PKK-nın silah anbarlarını dağıtdı
Türkiyə Hərbi Hava Qüvvələri ölkə ərazisində və İraqda PKK-nın mövqelərinə güclü zərbələr endirib.
APA TV-nin "Euronews"a istinadən məlumatına görə, Türk Silahlı Qüvvələri əməliyyatlardan görüntüləri də yayımlayıblar.
Bildirilir ki, əsas hədəf terror təşkilatının silah anbarları olub. "F-16"lar Türkiyə ilə İraq sərhədində yerləşən Dohuk əyalətini 8 dəfə bombalayıb. Türkiyə ərazisində də PKK-nın bir neçə obyekti məhv edilib. Bu arada Ankara ölkənin cənub-şərq sərhədlərini möhkəmlədir.
Xatırladaq ki, Türkiyə aviasiyası PKK-nın mövqelərinə ötən həftədən raket zərbələri endirməyə başlayıb. Buna səbəb terror təşkilatının silahlılarının hərbçilərə təşkil etdiyi hücumlardır. Bununla yanaşı, Suriya ərazisində İŞİD mövqeləri də bombardman edilib. Ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan kürd separatçıları ilə danışıqların dayandırıldığını bəyan edib. O, parlamenti PKK-ya dəstək olan deputatların və siyasilərin taleyinə aydınlıq gətirməyə səsləyib.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi
Azərbaycan-Özbəkistan müttəfiqlik münasibətləri: Xəzərdə YENİ KOORDİNASİYALI REGİONAL MƏKAN yaranır
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb