Gəncədə çörək sexi yandı
Gəncədəki Gülüstan qəsəbəsində yerləşən “Özbək-təndir” çörək sexində yanğın hadisəsi baş verib.
APA TV-nin məlumatına görə, hadisə yerinə Gəncə Yanğından Mühafizə İdarəsinin 3, Göygöl yanğından mühafizə hissəsinin 1 avtomobili və xeyli canlı qüvvəsi cəlb edilib.
450 kvadrat metrlik sexin 250 kvadratmetri yanaraq yararsız hala düşüb. Yanğınsöndürənlərin səyi nəticəsində tikilinin 200 kvadratmetri və ona yaxın mebel mağazası yanğından mühafizə olunub. Yanğının qazdan istifadə zamanı yol verilən ehtiyatsızlıq üzündən baş verdiyi ehtimal edilir. Gəncə şəhər Dövlət Yanğından Mühafizə İdarəsi rəisinin müavini Rahib Nadirov qeyd edib ki, hadisənin dəqiq başvermə səbəbləri və dəyən ziyanın məbləği hadisə yerində aparılan araşdırmalardan sonra məlum olacaq.
Yanğının baş vermə səbəbləri araşdırılır.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi
Azərbaycan-Özbəkistan müttəfiqlik münasibətləri: Xəzərdə YENİ KOORDİNASİYALI REGİONAL MƏKAN yaranır
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb