Azərbaycan-Gürcüstan sərhədində sərnişinlərin 24 saat keçidi təmin olunacaq
Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsinin Gürcüstanla sərhəddə yerləşən “Sınıq Körpü” gömrük keçid məntəqəsində Azərbaycan və Gürcüstan gömrük orqanlarının nümayəndə heyətlərinin görüşü keçirilib.
Komitənin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, görüşdən əvvəl nümayəndə heyətləri hər iki ölkənin gömrük orqanları rəhbərləri arasında “Sadıxlı” keçid məntəqəsinin fəaliyyətinin bərpası ilə bağlı görüşlərin keçirilməsinə dair əldə olunan razılıq çərçivəsində “Sadıxlı” və “Mtkvari” keçid məntəqələrindəki vəziyyətlə tanış olublar.
Daha sonra “Sınıq Körpü” keçid məntəqəsində nümayəndə heyətlərinin görüşü keçirilib. Görüşdə bildirilib ki, hazırda bölgədə həyata keçirilən irimiqyaslı layihələr, eləcə də turizm potensialının gücləndirilməsi ilə əlaqədar tədbirlər nəticəsində sərhəddən keçən sərnişinlərin, yüklərin və nəqliyyat vasitələrinin ciddi artımı müşahidə olunur. Bu istiqamətdə gömrük xidmətinin keyfiyyətinin daha da yaxşılaşdırılması, sərhəddən keçidin sürətləndirilməsi və asanlaşdırılması məqsədilə birgə əməkdaşlığın vacibliyi vurğulanıb.
Görüşdə “Sadıxlı” və “Mtkvari” keçid məntəqələrindən sərnişinlərin 24 saat keçidinin təmin olunması üçün lazımi tədbirlərin görülməsi, bu il avqustun 10-dan etibarən isə saat 08:00-dan 20:00-dək yüngül minik avtomobillərinin keçidinin təmin olunması barədə razılıq əldə olunub.
Daha sonra görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər və əməkdaşlıq perspektivləri müzakirə edilib.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi
Azərbaycan-Özbəkistan müttəfiqlik münasibətləri: Xəzərdə YENİ KOORDİNASİYALI REGİONAL MƏKAN yaranır
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb