Türkiyə-Suriya sərhədində "bufer zonası" yaradılır
Rəsmi Ankara Suriya sərhədlərində "bufer zonası" yaradacağını bəyan edib.
APA TV-nin "Euronews"a istinadən verdiyi məlumata görə, 100 kilometrlik xətt boyu ərazilər İŞİD-dən təmizlənəcək. Bu ərazilər qaçqınların "xilas zonası" adlandırılacaq.
Türkiyə tərəfi bəyan edib ki, bu addım ilə Suriyadakı sağlam müxalifəti dəstəklədiyini nümayiş etdirir.
Vaşinqtonda Ankaranın bu ideyası ilə razılaşdırıldığı bildirilir. Amma Ağ Ev Suriyanın üzərində hərbi məqsədlərlə uçuşlar keçirməyə elə də ehtiyacın olmadığını vurğulayır.
"Bizim məqsədimiz Suriyada İŞİD-ə qarşı vuruşan sağlam düşüncəli müxalifətin mövqeyini gücləndirməkdir. Bura "Azad Suriya Ordusu"nun bəzi dəstələri də daxildir. Endirdiyimiz hava zərbələri də o qüvvələrin ələ keçirdikləri ərazilərdə möhkəmlənmələrinə dəstək məqsədi daşıyır" - deyə Türkiyənin baş naziri Əhməd Davudoğlu bildirib.
Hökumət rəhbəri bildirib ki, Ankaranın hərbi dəstəyi olmasa onlar buna nail ola bilməzlər. Hazırda Türkiyənin Suriya və İraqda İŞİD-ə və kürd silahlılarına qarşı endirdiyi hava zərbələri NATO-nun növbədənkənar iclasında müzakirəyə çıxarılıb.
Bu gün Ankaranın təklifi ilə yeni bir toplantının baş tutacağı bildirilir. Türkiyə müttəfiqlərindən heç bir yardım istəmədiyini, sadəcə məsələyə onların konkret münasibət bildirmələrini xahiş edib.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi
Azərbaycan-Özbəkistan müttəfiqlik münasibətləri: Xəzərdə YENİ KOORDİNASİYALI REGİONAL MƏKAN yaranır
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb