Kürd silahlıları Suriyada İŞİD-ə ağır zərbə vurdu
Suriyada vuruşan kürd silahlı birləşmələri İŞİD-in nəzarətində olan ölkənin şimal şəhəri Sarrini ələ keçiriblər.
APA TV-nin "Euronews"a istinadən verdiyi məlumata görə, kürd döyüşçüləri Sarrini ABŞ aviasiyasının dəstəyi ilə terrorçulardan alıblar.
Fərat çayının sahilində yerləşən Sarrin Suriyanın şimalındakı avtomagistralların kəsişməsində salındığı üçün strateji nöqtə hesab olunur.
"Biz sona yaxınlaşırıq. Onlar artıq döyüşə bilmir. Terrorçular öldürdüyümüz döyüşçü yoldaşlarının meyitlərini də çıxarmırlar. Onların çoxu silahlarını ataraq qaçırlar. Biz ard-arda qələbələr əldə edirik" - deyə kürd özünümüdafiə dəstələrindən birinin döyüşçüsü bildirib.
Sarrin istiqamətindəki şiddətli döyüşlərdən sonra Türkiyə ilə sərhəddə yerləşən Kobaniyə genişmiqyaslı hücum planlaşdırılır.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi
Azərbaycan-Özbəkistan müttəfiqlik münasibətləri: Xəzərdə YENİ KOORDİNASİYALI REGİONAL MƏKAN yaranır
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb