Bakıda maşın piyadanı vurdu: piyadanın yaxınları maşını əzdilər
Bakının Nizami rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nin məlumatına görə, hadisə Heydər Əliyev prospektində, "Koroğlu" metro stansiyasının yaxınlığında qeydə alınıb.
Günel Mübariz qızı Manafovanın idarə etdiyi "Mitsubishi" markalı avtomobil hava limanı istiqamətində hərəkətdə olarkən yolu keçmək istəyən piyada İsmayıl İsmayılovu vurub. Günel Manafova avtomobili qəfildən saxladığı üçün arxadan gələn və Səxavət Razim oğlu Quliyevin idarə etdiyi "Runna" markalı avtomobil "Mitsubishi"yə arxadan çırpılıb.
Ağır kəllə-beyin travması və qolundan sıyrıq xəsarətləri ilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılan İsmayıl İsmayılovun həyatını xilas etmək mümkün olub.
Hadisə şahidlərinin sözlərinə görə, yaralının yaxınları qəza baş verəndən sonra Günel Manafovaya məxsus avtomobili təpikləyərək, ona ziyan vurublar.
Hadisəsinin hansı səbəbdən baş verməsi Nizami Rayon Polis İdarəsində araşdırılır.
Qeyd edək ki, yolu piyadalar üçün nəzərdə tutulmayan yerdən anası ilə keçən İsmayıl İsmayılov 1-ci qrup əlildir.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi
Azərbaycan-Özbəkistan müttəfiqlik münasibətləri: Xəzərdə YENİ KOORDİNASİYALI REGİONAL MƏKAN yaranır
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb