Bakıda qardaş bacısını yemək üstündə bıçaqladı
Bakının Qaradağ rayonunda qardaş bacısını bıçaqlayıb.
APA TV-nin məlumatına görə, gecə saatlarında təcili tibbi yardım briqadası tərəfindən 1 saylı Şəhər Kliniki Xəstəxanasına bədənin müxtəlif nahiyələrinin kəsilmiş-deşilmiş xəsarətləri ilə 30 yaşlı Mədinə Cəbrayıl qızı Sacadlı gətirilib. Həkimlərin səyi nəticəsində yaralının həyatını xilas etmək mümkün olub.
Hadisə barədə dərhal polisə məlumat verilib. Araşdırmalar nəticəsində məlum olub ki, qadını qardaşı bıçaqla vurub. Belə ki, Ələt qəsəbəsi ərazisində yaşadıqları evdə qardaş bacısından yemək istəyib. Bacısının gətirdiyi yemək qardaşın xoşuna gəlmədiyindən, onlar arasında mübahisə yaranıb və qardaş stolun üstündən götürdüyü mətbəx bıçağı ilə bacısına müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
APA TV-nin əldə etdiyi məlumata görə, həm Mədinə Sacadlı, həm də qardaşı müxtəlif vaxtlarda məhkumluq həyatı yaşayıblar.
Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində araşdırmalar aparılır.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi
Azərbaycan-Özbəkistan müttəfiqlik münasibətləri: Xəzərdə YENİ KOORDİNASİYALI REGİONAL MƏKAN yaranır
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb