Göytəpədə gənc sərhədçilərin andiçmə mərasimi keçirildi
Cəlilabad rayonunun Göytəpə şəhərində yerləşən Dövlət Sərhəd Xidmətinin (DSX) N saylı təlim-tədris mərkəzində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.
APA TV-nin cənub bürosunun məlumatına görə, tədbir hərbi hissə komandiri, polkovnik Mehman Yusifovun gənc əsgərləri salamlaması ilə başlayıb.
Daha sonra DSX-nin Şəxsi heyət üzrə Baş İdarəsinin rəisi, general-mayor Azad Ələkbərov şəxsi heyəti və mərasim iştirakçılarını təbrik edib. Andiçmə mərasimində gənc əsgərlərin valideynləri söz alaraq övladlarına Vətəni göz bəbəyi kimi qorumağı, intizamlı və məsuliyyətli olmağı, komandirlərin əmrlərini canla-başla yerinə yetirmələrini tövsiyə ediblər.
DSX-nin rəisi, general-polkovnik Elçin Quliyevin təbrik teleqramının mətni oxunduqdan sonra hərbi hissənin döyüş bayrağı sıra meydanına gətirilib, gənc əsgərlər Vətənə sədaqət andını qəbul ediblər.
Tədbir gənc sərhədçilərin təntənəli marşla tribunanın önündən keçidi ilə başa çatıb.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi
Azərbaycan-Özbəkistan müttəfiqlik münasibətləri: Xəzərdə YENİ KOORDİNASİYALI REGİONAL MƏKAN yaranır
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb