Uitni Hyustonun qızı öldü
Məşhur pop ulduzu Uitni Hyustonun qızı vəfat edib.
APA-nın xarici mətbuata istinadən məlumatına görə, Uitni Hyuston və sənətçi Bobbi Braunun qızı, 22 yaşlı Bobbi Kristina Braunun müalicə olunduğu xəstəxanada öldüyü bildirilir.
Ailəsinin yaydığı açıqlamada qeyd edilib ki, valideynləri kimi müğənni olan Kristina bu il yanvarın 31-də yaşadığı evin hamamında huşsuz vəziyyətdə tapılıb. Onun beynindən ciddi zədə aldığı məlum olub. 6 ay xəstəxanada saxlanılan gənc müğənni ötən gün vəfat edib.
Qeyd edək ki, Uitni Hyuston 2012-ci ilin fevralında ölüb. Onun qaldığı hoteldə yüksək dozada narkotik qəbul etdiyi, üzüstə vannaya yıxılaraq boğulduğu müəyyənləşib. Uitni Hyuston bütün sərvətini qızına bağışlamışdı.
OXŞAR XƏBƏRLƏR
17:47
578
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
13:46
819
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi
11:54
872
Azərbaycan-Özbəkistan müttəfiqlik münasibətləri: Xəzərdə YENİ KOORDİNASİYALI REGİONAL MƏKAN yaranır
16:32
1362
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:15
2106
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb
13:18
2023