Türkiyə təyyarələri PKK düşərgələrini yenidən bombaladı
Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalında PKK terror təşkilatının düşərgələrinə hava zərbələri endirməkdə davam edir.
APA-nın Türkiyə mətbuatına istinadən xəbərinə, dünən axşam saatlarında Diyarbəkrdən havaya qalxan pilotsuz təyyarələr sərhəddə yerləşən Hakurk bölgəsini bombalayıb. Həmin ərazidə PKK-nın logistik bazaları yerləşir.
Bundan başqa, Metina və Haftanin əraziləri də havadan atəşə tutulub. Həmçinin terrorçuların ölkə daxilindəki mövqelərinə də zərbələr endirilib.
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri artıq 4 gündür PKK və İŞİD terror təşkilatlarına qarşı əməliyyatlar keçirir. Buna səbəb son bir həftə ərzində adı çəkilən terror təşkilatlarının Türkiyə ərazisində terrror aktları törətməsi olub. Türkiyə Hərbi Hava Qüvvələrinin İraqın şimalındakı PKK düşərgələrinə endirdiyi hava zərbələri nəticəsində terror təşkilatının yüksək vəzifəli şəxslərindən biri - “Şervan Varto” kod adlı Öndər Arslan öldürülüb.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi
Azərbaycan-Özbəkistan müttəfiqlik münasibətləri: Xəzərdə YENİ KOORDİNASİYALI REGİONAL MƏKAN yaranır
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb