ATSAM 4 dildə saytını təqdim etdi
Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin (ATSAM) hazırladığı və Azərbaycan prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən layihənin təqdimat mərasimi keçirilib.
APA TV-nin xəbərinə görə, ATSAM-ın sədri Hatəm Cabbarlı bildirib ki, layihə humanitar sahədə təhsil alan gənclər üçün veb-resursun (www.atsam.org.az) yaradılmasına hesablanıb və uğurla başa çatıb.
Hatəm Cabbarlı deyib ki, layihənin Azərbaycanda humanitar sahədə, xüsusilə də beynəlxalq münasibətlər, regionşünaslıq və ya ümumən Azərbaycanın, regionun, beynəlxalq aləmin təhlükəsizliyi və digər məsələlər barəsində fikir sahib olmaq istəyən, araşdırma aparan tədqiqatçılar üçün ciddi bir mənbə olacağını düşünür: "Düşüncə mərkəzlərinin Azərbaycanda yaranma tarixi çox da qədim deyil. Bu baxımdan müəyyən problemlər davam eləsə də, bu günə qədər bir neçə düşüncə mərkəzi qurulub ciddi fəaliyyət göstərir. Düşünürəm ki, bizim Strateji Araşdırma Mərkəzi də Azərbaycanın təhlükəsizliyi Azərbaycanın həqiqətlərinin dünyaya çatdırılması baxımından müəyyən hədəfləri yerinə yetirəcək".
Səhifənin hazırlanmasında 4 dildən istifadə olunub. Sayt ingilis, rus, türk və Azərbaycan dilində fəaliyyət göstərəcək.
Daha sonra tədbirdə iştirak edən alimlər layihə ilə bağlı fikirlərini bölüşüb. Bildirilib ki, layihənin 4 dildə olması təkcə Azərbaycandilli oxucuların deyil, daha geniş aspektdə oxucu kütləsinin məlumatlanmasına səbəb olacaq.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi
Azərbaycan-Özbəkistan müttəfiqlik münasibətləri: Xəzərdə YENİ KOORDİNASİYALI REGİONAL MƏKAN yaranır
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb