Barak Obama Afrikada nənəsi ilə görüşdü
ABŞ prezidenti Barak Obama Keniyaya ikigünlük səfər edib. APA TV-nin “TASS”a istinadən verdiyi xəbərə görə, amerikalı lider axşam saatlarında Nayrobidə qaldığı otelin restoranında şam yeməyi zamanı yaxın qohumları ilə görüşüb. Obama böyük masa arxasında ögey bacısı Auma və nənəsi Sara ilə birgə əyləşib.
Obamanın nənəsi bundan əvvəl bir neçə dəfə onu Keniyaya dəvət edib və prezidentin ölkənin qərbindəki Koqelo kəndində dəfn olunan atasının qəbrini ziyarət etməyə çağırıb. ABŞ pezidentinin isə atasının qəbrini ziyarət etməyəcəyi bildirilir. Məlumata görə, Sara Barak Obamanın babasının üçüncü həyat yoldaşı olmasına baxmayaraq, prezident ona “nənə” deyərək müraciət edir.
OXŞAR XƏBƏRLƏR
17:47
595
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
13:46
835
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi
11:54
887
Azərbaycan-Özbəkistan müttəfiqlik münasibətləri: Xəzərdə YENİ KOORDİNASİYALI REGİONAL MƏKAN yaranır
16:32
1364
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:15
2108
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb
13:18
2025