Prezident İlham Əliyev İsrail Dövlətinin Azərbaycandakı səfirini qəbul etdi
Prezident İlham Əliyev İsrail Dövlətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Rafael Harpazı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.
APA-nın məlumatına görə, Rafael Harpazın ölkəmizdəki diplomatik fəaliyyəti dövründə Azərbaycanla İsrail arasında əlaqələrin inkişafına verdiyi töhfəni yüksək qiymətləndirən dövlət başçısı gələcək fəaliyyətində ona uğurlar arzulayıb.
Səfir prezident İlham Əliyevə minnətdarlığını bildirib, qeyd edib ki, Azərbaycanla bağlı xoş xatirələr onun qəlbində daim yaşayacaq.
Görüşdə Azərbaycanla İsrail arasında ikitərəfli münasibətlərin müxtəlif aspektləri müzakirə edilib, əlaqələrin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
OXŞAR XƏBƏRLƏR
17:47
595
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
13:46
835
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi
11:54
887
Azərbaycan-Özbəkistan müttəfiqlik münasibətləri: Xəzərdə YENİ KOORDİNASİYALI REGİONAL MƏKAN yaranır
16:32
1364
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:15
2108
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb
13:18
2025