Şabranda maşın aşdı: sürücü öldü, ata və oğul yaralandı
İyulun 23-də axşam saatlarında Şabran rayonu ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, hadisə Şabran-Ərəblər yolunda qeydə alınıb.
Xaçmaz rayon sakini, 1969-cu il təvəllüdlü Əliyev Qərib Mövlud oğlunun idarə etdiyi 85 BK 327 dövlət nömrə nişanlı “QAZel” markalı minik maşını aşıb. Qəza nəticəsində sürücü ölüb, iki sərnişin xəsarət alıb. Onlar Xaçmaz rayon sakinləri Eynulla Ağadadaşov və onun oğlu, 1992-ci il təvəllüdlü İnşallah Ağadadaşov müxtəlif bədən xəsarətləri ilə Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. İnşallah Ağadadaşovun vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı Şabran Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi
Azərbaycan-Özbəkistan müttəfiqlik münasibətləri: Xəzərdə YENİ KOORDİNASİYALI REGİONAL MƏKAN yaranır
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb