Ağdamda işğalın 22 illiyinə həsr olunan tədbir keçirildi
Azərbaycanın Ağdam şəhəri və ətraf yaşayış məntəqələrinin Ermənistan ordusu tərəfindən işğal olunmasının 22 illiyi münasibətilə Ağdam rayonunda tədbir keçirilib.
APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, mərasimdə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov, Milli Məclisin deputatı Elman Məmmədov, rayondan olan keçmiş döyüşçülər və ziyalılar iştirak ediblər.
Tədbirdə çıxış edənlər 1990-cı illərin əvvəllərində baş verən hadisələrdən, Ermənistanın Azərbaycana qarşı apardığı istilaçılıq siyasətindən bəhs ediblər. Bildirilib ki, 1988-ci ilin fevralından başlanan hərbi-siyasi proseslərin, ermənilərin separatçı hərəkətlərinin və müharibənin əsas çətinlikləri Ağdam rayonunun, onun əhalisinin üzərinə düşüb. Qarabağ müharibəsinin bütün ağrılarını çiyinlərində daşıyan Ağdam düşmənə qarşı 5 illik savaşda minlərlə şəhid verib, torpaqların müdafiəsi uğrunda fədakarlıq göstərmiş ağdamlılardan 16 nəfəri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Sonra tarixi Soltanpud təpəsində şəhidlərin xatirəsinə qurulan abidə kompleksində Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və Konstitusiya quruluşu uğrunda həlak olan soydaşlarımızın ruhlarına dualar oxunub.
Tədbir Ağdam Dövlət Dram Teatrının hazırladığı kompozisiya ilə davam edib.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi
Azərbaycan-Özbəkistan müttəfiqlik münasibətləri: Xəzərdə YENİ KOORDİNASİYALI REGİONAL MƏKAN yaranır
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb