İŞİD dünya çempionunu edam etdi
İŞİD kikboksinq üzrə dünya çempionunu edam edib.
APA TV-nin xəbərinə görə, iki dəfə dünya çempionu olan və ailəsini atıb İŞİD terrorçularına qoşulan Valdet Qaşinin qaçmaq istəyərkən tutularaq edam edildiyi ortaya çıxıb. Valdet Qaşi Suriyada terrorçulardan yaxa qurtarmağa çalışdığı üçün edam edilib.
Bir neçə həftə öncə boksçunun ailəsi onun Suriyada öldüyünü bildirmişdi. Ancaq Qaşinin ölüm səbəbi bilinmirdi.
Suriya İnsan Hüquqları Müdafiəsi Təşkilatı etibarlı mənbəyə istinadən Qaşinin bir qrupla Hələbdən qaçarkən tutulduğunu və Münbiç şəhərində edam edildiyini açıqlayıb.
Albaniya əsilli 29 yaşlı Valdet Qaşi bu ilin yanvarında İŞİD-ə qoşulmaq üçün Almaniyanı tərk edib. İki qızını və həyat yoldaşını tək qoyan boksçu "xeyir iş görərkən ölsəm, xoşbəxt olaram" - deyə İŞİD-ə qoşulmasını təsdiqləmişdi.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi
Azərbaycan-Özbəkistan müttəfiqlik münasibətləri: Xəzərdə YENİ KOORDİNASİYALI REGİONAL MƏKAN yaranır
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb