Bilik, yoxsa əlavə yük?
Hipokrat deyib: "Xoşbəxtliyin birinci sütunu onurğa sütünudur". Bəli, bu belədir, ancaq dərs yükü ilə ağırlaşan çanta şagirdləri bu xoşbəxtlikdən məhrum edə bilər. Həkim qeyd edib ki, əgər məktəblə ev arasında məsafə çox olarsa, bu daha çox fəsad yarada bilər. Təhsil Şurasının sədri Əjdər Ağayev dərslik kağızının adətən yüngül kağızdan hazırlandığını qeyd edib. Bizdəki dərsliklər isə ağır kağızlardan hazırlanır. Kağızların qalın olmasının da ağırlıq yaratdığını və bunun da şagird üçün əlavə yükə çevrildiyini bildirib. Dərs yükünün çox olmasının başqa səbəbləri də var. Bir fənn üzrə həm dərslik, həm tapşırıq dəftəri, həm də metodik vəsaitlər tələb olunur. Deməli şagirdlər bir fənn üzrə üç ağır yük daşıyırlar. APA TV-nin məlumatına görə, məsələ Türkiyədə həllini tapıb. Türkiyənin Təhsil Nazirlyi şagirdlərin çantalarındakı ağırlığı azaltmaq üçün dərs kitablarını birinci və ikinci hissəyə bölərək tədris proqramına uyğunlaşdırıb. Bəs görəsən Azərbaycanda bu məsələ nə zaman həllini tapacaq? Təhsil Nazirinin müavini Ceyhun Bayramov məsələnin təhsil nazirinin də gündəmində olduğunu və araşdırmaların aparıldığını bildirib. Sağlamlıq və bilik bir-birini tamamlayır. Dərslik yükünün azalması həm sağlamlığımıza həm də biliyimizə təsir edəcək. Ümid edək ki, uşaqların sağlamlının və biliyinin normal olması üçün bu problem tez bir zamanda həll olunacaq.
OXŞAR XƏBƏRLƏR
Emin Əmrullayev: “Ən böyük problemimiz oxudur”
Bəzi istiqamətlər üzrə müasir suvarma sistemlərinə 50%-dək güzəşt ediləcək
PISA-da riyazi savadlılıq üzrə Azərbaycanın neçənci yerdə olduğu açıqlanıb
Səhiyyə Nazirliyi: Azad edilmiş ərazilərdə xəstəxanaların layihələndirilməsi işləri gedir
"Azərbaycanın yaratdığı əməkdaşlıq irsinə əsaslanan model formalaşdıracağıq"