Tovuzda arxeoloji qazıntılar zamanı mindən artıq qədim əşya tapıldı
Tovuz rayonunda aparılan arxeoloji qazıntılar zamanı mindən artıq qədim əşya tapılıb.
APA TV-nin qərb bürosunun xəbərinə görə, Tovuzun Əyyublu kəndi ərazisində yerləşən Menteştəpə qədim yaşayış məskənində 8 il öncə başlanılan işlərə yekun vurulub.
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Tovuz arxeoloji ekspedisiyasının Fransa Milli Elmi Araşdırmalar Mərkəzinin mütəxəssisləri ilə birgə aparılan tədqiqatların əsas məqsədi Kür çayının orta axarında qədim yaşayış məskənlərini tədqiq etmək olub.
Radio-karbon analizlərinin nəticələri abidənin bizim eradan əvvəl VI minilliyə aid olduğunu deməyə əsas verir.
Tədqiq edilən bu abidə Azərbaycanın qədimliyini bir daha dünyaya nümayiş etdirir. Yaşayış məskənində Neolit dövründən başlayaraq erkən tunc dövrünə qədər minillikləri əhatə edən mindən artıq nadir və qədim maddi mədəniyyət nümunələri aşkarlanıb. Arxeoloji materialların arasında qızıl olanı da var.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi
Azərbaycan-Özbəkistan müttəfiqlik münasibətləri: Xəzərdə YENİ KOORDİNASİYALI REGİONAL MƏKAN yaranır
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb