Azərbaycanda havanın temperaturu yüksəlir
Bakı və Abşeron yarımadasında iyulun 24-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 21-25, gündüz 30-35 dərəcə isti olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 24-26 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında iyulun 24-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25, gündüz 33-38, dağlarda gecə 14-19, gündüz 25-30 dərəcə isti olacaq.
OXŞAR XƏBƏRLƏR
17:47
601
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
13:46
840
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi
11:54
892
Azərbaycan-Özbəkistan müttəfiqlik münasibətləri: Xəzərdə YENİ KOORDİNASİYALI REGİONAL MƏKAN yaranır
16:32
1365
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:15
2108
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb
13:18
2025