ABŞ rəsmisinin ölkəmizə səfəri təxirə salındı
ABŞ dövlət katibi köməkçisinin demokratiya və insan haqları üzrə müavini Tomas Melianın Azərbaycana səfəri təxirə salınıb. ABŞ-ın Azərbaycandakı səfirliyi faktı APA TV-yə təsdiqləyib. Səfirlikdən bildiriblər ki, səfər tərəflərin qarşılıqlı razılığı əsasında təxirə salınıb. Tomas Melianın Azərbaycana səfərinin tarixi diplomatik kanallar vasitəsilə dəqiqləşdiriləcək. Bildirilib ki, Amerika səfirliyi Azərbayandakı seçkiqabağı mühiti müşahidə etməkdə və insanların iradəsini əks etdirən azad və ədalətli seçki prosesini dəstəkləməkdə davam edir. Tomas Melianın rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri Gürcüstan səfərindən sonra gerçəkləşməli idi. Heyət bu gün Tiflisdə səfərdə olacaq və ölkədə seçkiqabağı mühiti dəyərləndirəcək. Tomas Melianı səfərdə USAİD adminstratorunun köməkçisi Peyc Aleksandr müşayiət edir. Nümayəndə heyətinin tərkibinə Dövlət Depatamentinin, Pentaqonun və Ədliyyə Nazirliyinin təmsilçiləri daxildir.
OXŞAR XƏBƏRLƏR
Emin Əmrullayev: “Ən böyük problemimiz oxudur”
Bəzi istiqamətlər üzrə müasir suvarma sistemlərinə 50%-dək güzəşt ediləcək
PISA-da riyazi savadlılıq üzrə Azərbaycanın neçənci yerdə olduğu açıqlanıb
Səhiyyə Nazirliyi: Azad edilmiş ərazilərdə xəstəxanaların layihələndirilməsi işləri gedir
"Azərbaycanın yaratdığı əməkdaşlıq irsinə əsaslanan model formalaşdıracağıq"