Başına 7 milyon dollar mükafat qoyulan "al-Qaida" lideri öldürüldü
ABŞ-ın başına 7 milyon dollar qoyduğu "al-Qaida" liderlərindən biri Muhsin al-Fadli öldürülüb.
APA Tv-nin xəbərinə görə, "Al-Qaida"nın ən təhlükəli qollarından olan Xorasan qrupunun lideri al-Fadlinin ABŞ-ın Suriyada həyata keçirdiyi hava hücumu nəticəsində öldürüldüyü bildirilir.
Xəbəri Pentaqon sözçüsü Jeff Davis yazılı açıqlama ilə ictimaiyyətə çatdırıb. Davis Xorasan qrupunun liderinin iyulun 8-də Suriyanın Sarmada şəhəri yaxınlarında avtomobillə hərəkətdə olarkən ABŞ təyyarələri tərəfindən vurulduğunu açıqlayıb. Açıqlamada al-Fadlinin 11 sentyabr hadisələrindən xəbərdar olan az sayda "al-Qaida" liderlərindən biri olduğu qeyd olunub.
ABŞ "al-Qaida"nın İraq təşkilatının liderliyinə yüksələn, maliyyə və terrorçu cəlb olunmasına cavabdeh olan al-Fadlinin başına 2002-ci ildə 7 milyon dollar mükafat qoyub. Onun ABŞ və digər Qərb ölkələrində terror aktları törətməyi planlaşdırdığı bildirilirdi.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi
Azərbaycan-Özbəkistan müttəfiqlik münasibətləri: Xəzərdə YENİ KOORDİNASİYALI REGİONAL MƏKAN yaranır
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb