Quardiola İspaniyanı bölmək istəyən partiyaya üzv oldu
Almaniyanın "Bayern Münhen" klubunun baş məşqçisi Xosep Quardiola Kataloniyanın İspaniyadan ayrılmasına çalışan siyasi partiyanın siyahısına daxil olub.
APA TV-nin məlumatına görə, bu barədə "Financial Times" məlumat yayıb.
44 yaşlı mütəxəssisin namizədliyi Kataloniya Demokratik Konvergensiyasından irəli sürülüb. Partiya nümayəndələri Quardiolanı siyasi təşkilatın rəhbərliyinə gətirmək istəyirlər.
Keçmiş futbolçunun bu təklifə o qədər də ürəkdən yanaşmadığı deyilir. O, Barselonadakı regional parlamentdə təmsil olunmağı planlaşdırmır. Buna baxmayaraq, Quardiola Kataloniya Demokratik Konvergensiyasının lideri Artur Masanın siyasi kursunu dəstəklədiyini bildirib.
Xosep Quardiola Kataloniyadandır. O, özünün futbolçu və məşqçilik karyerasını məhz "Barcelona" klubunda qurub. 2013-cü ildən isə o, məşqçilik karyerasını Almaniyada davam etdirir.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi
Azərbaycan-Özbəkistan müttəfiqlik münasibətləri: Xəzərdə YENİ KOORDİNASİYALI REGİONAL MƏKAN yaranır
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb