İmişlidə polis reydi: sərxoş sürücülər saxlanıldı
İmişli rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsi rayon ərazisində reyd keçirib.
APA TV-nin Mil-Muğan bürosuna verilən məlumata görə, reyd zamanı əsasən yol nişanlarının tələblərinə məhəl qoymayan sürücülər saxlanılıb.
Qayda pozan sürücülər haqqında İnzibati Xətalar Məcəlləsinə uyğun protokollar tərtib edilib. Bundan başqa, reyd zamanı kustar üsulla hazırlanmış pərdələrdən istifadə edən, həmçinin avtomobilə əlavə avadanlıqlar quraşdıran və avtomobilin konstruksiyasında dəyişiklik edən sürücülər də aşkarlanıb. Avtomobili sürücülük hüququ olmadan idarə edən sürücülər saxlanılıb. Reyd zamanı 20-yə qədər avtomobil cərimə meydançasına aparılıb. Onların sürücüləri barəsində müvafiq protokollar tərtib edilib.
Reydin əsas məqsədi yollarda təhlükəsizliyin təmin edilməsi olub.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi
Azərbaycan-Özbəkistan müttəfiqlik münasibətləri: Xəzərdə YENİ KOORDİNASİYALI REGİONAL MƏKAN yaranır
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb