Türkiyənin Şanlıurfa vilayətində törədilən partlayış nəticəsində ölənlərin sayı 31-ə çatıb
İyulun 20-də Türkiyənin Şanlıurfa vilayətinin Suruç rayonunda törədilən terror aktı nəticəsində ölənlərin sayı 31-ə çatıb.
APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, terrorçu-kamikadzenin törətdiyi partlayış zamanı yaralananların sayı 104 nəfərdir.
Qeyd edək ki, İŞİD-dən azad olunmuş Suriyanın Kobani şəhərinin bərpası və inşası məqsədilə ora getmək istəyən Sosialist Gənclik Dərnəkləri Federasiyasının (SGDF) 350 gənc üzvü İstanbuldan Şanlıurfanın Suruç qəsəbəsinə gedərək Amara Mədəniyyət Mərkəzində yerləşib. Gənclər keçirdikləri mətbuat konfransında Kobani şəhərinə səfərlərinin məqsədini açıqlayarkən terror hadisəsi törədilib.
Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyədə törədilmiş terror aktını pisləyib. Azərbaycan prezidenti İlham Əliyev Türkiyənin Şanlıurfa vilayətinin Suruç rayonunda törədilmiş terror aktı nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi
Azərbaycan-Özbəkistan müttəfiqlik münasibətləri: Xəzərdə YENİ KOORDİNASİYALI REGİONAL MƏKAN yaranır
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb