Netanyahu İrana görə ingilis nazirlə dalaşdı
İngiltərənin xarici işlər naziri Filip Hammond və İsrailin baş naziri Benyamin Netanyahu ilə Təl-Əvivdə keçirdikləri mətbuat konfransında jurnalistlərin gözü önündə İrana görə mübahisə ediblər.
APA TV-nin xəbərinə görə, görüş ərəfəsində iki nazirin qısa mətbuat açıqlaması qarşılıqlı ittihamlara çevrilib.
İranı beş qitədə, 30 ölkədə terroru dəstəkləməklə günahlandıran Benyamin Netanyahu dünya güclərinin Tehranla imzaladığı nüvə sazişini tənqid edib. Netanyahu İran liderlərinin İsraili xəritədən silmə haqqında açıqlamalarını xatırladaraq, imzalanan sazişin anti-semitizmə dəstək verdiyini bildirib.
İngilis nazir isə Netanyahunun narahatlıqlarını anladığını, amma bu sazişin İranın nüvə proqramı ilə bağlı olduğunu deyib. Lakin Netanyahu ingilis nazirin sözünü kəsərək, bu sözlərə inanacaq səviyyədə sadəlövh olmadıqlarını bildirib. İngiltərəli nazir Hammond isə İranı küçələrdə səsləndirilən şüarlarla deyil, hərəkətləri ilə yoxlayacaqlarını qeyd edib.
İngilis nazirin etdiyi hər bir açıqlamaya cavab verən Netanyahu ona xitabən "Davam etmək istəyirsinizmi?" - deyə soruşub. Hammond isə "xeyr, təklikdə davam edək. Məncə, sual-cavab hissəsi üçün jurnalistlərə ehtiyacımız olmadığını sübut etdik" - deyərək İsrailin baş nazirinə etiraz edib.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi
Azərbaycan-Özbəkistan müttəfiqlik münasibətləri: Xəzərdə YENİ KOORDİNASİYALI REGİONAL MƏKAN yaranır
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb