Şirvanda ev yandı
Bu gün saat 11.00 radələrində Şirvan şəhəri, Heydər Əliyev prospekti 3a, mənzil 35 ünvanında yanğın baş verib.
APA TV-nin Mil-Muğan bürosunun verdiyi məlumata görə, 1954-cü il təvəllüdlü Şükürova Cəmilə Əziz qızına məxsus mənzilin mətbəxində başlayan yanğın sonradan digər otağa keçib. 35 kvadratmetr mənzilin 20 kvadratmetrə qədəri orada olan əşyalarla birlikdə yanıb.
Yanğının söndürülməsinə Şirvan Yanğından Mühafizə Xidmətinin iki yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib. Yanğın lokallaşdırılaraq digər otağa keçməsinin qarşısı alınıb.
Bronxial astma xəstəliyindən əziyyət çəkən mənzilin sahibi Cəmilə Şükürova boğulma diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Yanğının səbəbləri araşdırılır.
OXŞAR XƏBƏRLƏR
17:47
706
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
13:46
945
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi
11:54
998
Azərbaycan-Özbəkistan müttəfiqlik münasibətləri: Xəzərdə YENİ KOORDİNASİYALI REGİONAL MƏKAN yaranır
16:32
1372
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:15
2113
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb
13:18
2030