"VAZ 21099" aşdı: 1 ölü, 2 yaralı
Cəlilabad rayonunda bir nəfərin ölümü ilə nəticələnmiş yol nəqliyyat hadisəsi baş verib. Hadisə Ələt-Astara magistral yolunun 130 km-nin Cəlilabad rayon Alar kəndindən keçən hissəsində qeydə alınıb. APA TV xəbər verir ki, Cəlilabad rayon sakini, 51 yaşlı Şükürov Əlibağış Xudabaxış oğlunun idarə etdiyi "VAZ 21099" markalı minik maşını Astara istiqamətində yoldan çıxıb və abtomobil bir neçə dəfə fırlanaraq yol kənarına düşüb. Qəza zamanı sürücü Əlibağış Şükürov aldığı xəsartlərdən hadisə yerində ölüb.
Avtomobildə olan digər iki sərnişin isə yaralı vəziyyətdə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar .Xəstəxanadan verilən məlumata görə, yaralıların durumu normaldır. Qəzanın avtomobil hərəkət edərkən əks istiqamətdən gələn avtomobiln onun qarşısına çıxması səbəbindən baş verdiyi ehtimal olunur. Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Emin Əmrullayev: “Ən böyük problemimiz oxudur”
Bəzi istiqamətlər üzrə müasir suvarma sistemlərinə 50%-dək güzəşt ediləcək
PISA-da riyazi savadlılıq üzrə Azərbaycanın neçənci yerdə olduğu açıqlanıb
Səhiyyə Nazirliyi: Azad edilmiş ərazilərdə xəstəxanaların layihələndirilməsi işləri gedir
"Azərbaycanın yaratdığı əməkdaşlıq irsinə əsaslanan model formalaşdıracağıq"