Mafiya başçıları və "qanuni oğrular" Türkiyədə toplanır: "sxodka" olacaq
Bu yaxınlarda Türkiyədə dünyanın 100 mafiya başçısının və "qanuni oğrular"ın toplaşacağı açıqlanıb.
APA TV-nin "Rosbalt"a istinadən xəbərinə görə, bu barədə məlumat Türkiyə və Rusiyanın xüsusi xidmət orqanlarından daxil olub.
Toplantının Rusiyada kriminal aləmin "xaç atası" sayılan "Şakro Molodoy" ləqəbli "qanuni oğru" Zaxari Kalaşovun başçılığı ilə keçiriləcəyi bildirilir. O, bu toplantını əvvəlcə Moskvada 300 "qanuni oğru"nun iştirakı ilə keçirilməsini planlaşdırmışdı. Lakin Rusiyanın hüquq-mühafizə orqanları buna imkan verilməyəcəyini bəyan etmişdilər.
Bundan sonra gürcü əsilli kriminal avtoritet Gela Kardava məsuliyyəti öz üzərinə götürərək bu toplantının Türkiyədə keçirilməsini təklif edib. Təkilf "Şakro Molodoy" tərəfindən bəyənilib.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi
Azərbaycan-Özbəkistan müttəfiqlik münasibətləri: Xəzərdə YENİ KOORDİNASİYALI REGİONAL MƏKAN yaranır
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb