Merkel fələstinli qızı belə ağlatdı - VİDEO
Almaniya kansleri Angela Merkel "Almaniyada yaxşı yaşam üçün vətəndaşlarla dialoq" layihəsi çərçivəsində 14-17 yaş arasında olan şagirdlərlə bir araya gəlib.
APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, gülümsəyərək sual verən Reem adlı fələstinli qaçqın qız Almaniya kanslerinin cavabı qarşısında göz yaşlarını saxlaya bilməyib.
Fələstinli qız Liviyaya sığınan ailə üzvlərini görmədiyini bildirib. Almaniya kansleri isə Liviyaya sığınan qaçqınların hamısını ölkələrinə gətirməyin mümkün olmadığını qeyd edib: "Siyasətçilər bəzən çətin anlar yaşaya bilir. Sən gözəl qızsan. Amma bilməlisən ki, Liviyadakı qaçqın düşərgəsində minlərlə fələstinli var. Bu qədər qaçqının isə hər birinə Almaniyada sığınacaq vermək mümkün deyil".
Balaca Reem kanslerin bu sözlərinə qarşılıq olaraq bildirib ki, hazırda ən böyük istəyi hər kəs kimi təhsil almaq və universitetə getməkdir. Göz yaşlarını saxlaya bilməyən fələstinli qızcığaz hər kəsə duyğu dolu anlar yaşadıb.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi
Azərbaycan-Özbəkistan müttəfiqlik münasibətləri: Xəzərdə YENİ KOORDİNASİYALI REGİONAL MƏKAN yaranır
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb