İŞİD Misirin hərbi katerini partlatdı - REAL GÖRÜNTÜ
Sinay yarımadasında Misirin Hərbi Dəniz Qüvvələrinin katerinə hücum edilib.
APA TV-nin "Euronews"a istinadən verdiyi məlumata görə, hadisəyə görə məsuliyyəti İŞİD-ə bağlı "Sinay vilayəti" qruplaşması üzərinə götürüb. Terrorçular silahlı hücumun görüntülərini internetə yerləşdiriblər.
Misir Silahlı Qüvvələrindən katerdə olan hərbçilərdən heç birinin ölmədiyi bildirilir. Terrorçular isə bütün ekipajı məhv etdiklərini açıqlayıblar.
Hücum Sinayın Rafah şəhərinin şimalına yaxın ərazidə qeydə alınıb. Həmin bölgədə terrorçuların olduqca aktiv olduğu bildirilir.
Xatırladaq ki, son vaxtlar Misirdə İŞİD gözlənilmədən fəallaşıb. Terrorçular ötən ay Qahirədə ölkənin baş prokuroru Hişam Bərəkəti qətlə yetiriblər. Daha sonra isə paytaxtdakı İtaliya səfirliyinin binasını partladıblar.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi
Azərbaycan-Özbəkistan müttəfiqlik münasibətləri: Xəzərdə YENİ KOORDİNASİYALI REGİONAL MƏKAN yaranır
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb