“İnter” İslandiyada qələbə qazandı - QOLLAR
Bu gün Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunları keçirilib.
Apasport.az saytının məlumatına görə, Azərbaycan təmsilçisi “İnter” səfərdə İslandiya klubu “Hafnarfyordur”un qonağı olub.
İlk hissədə komandaların hücum səyləri nəticə verməyib və rəqiblər fasiləyə qolsuz bərabərliklə yollanıblar. İkinci hissədə isə azarkeşlər 3 qol izləyiblər. Əvvəlcə ev sahibləri penalti zərbəsi ilə hesabı açıb. 54-cü dəqiqədə Kvekveskiri Rauf Əliyevə qarşı kobudluğa görə təyin olunmuş penaltini dəqiq yerinə yetirərək hesabı bərabərləşdirib. Bu epizodda rəqib qapıçı qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub. Təmsilçimizin qələbə qolu isə 61-ci dəqiqədə Dieqo Martinsdən gəlib.
Beləliklə, səfərdə qələbə qazanan "bankirlər" cavab qarşılaşması üçün böyük üstünlük qazanıblar.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi
Azərbaycan-Özbəkistan müttəfiqlik münasibətləri: Xəzərdə YENİ KOORDİNASİYALI REGİONAL MƏKAN yaranır
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb