Hansı fənlər üzrə müəllimə ehtiyac var? - SİYAHI
2013-2014-cü tədris ili üçün orta məktəblərə müəllimlərin işə qəbulu üzrə keçirilən müsabiqənin nəticələrinə əsasən, daha çox Lerik, Yardımlı, Gədəbəy rayonlarında fizika, kimya, biologiya ixtisasları üzrə vakant müəllim yerləri qalıb.
Təhsil Nazirliyindən verilən məlumata görə , həmin vakant yerlərdə dərs yükü bir stavkadan azdır. Nazirlik bu il həvəsləndirmə tədbirləri tətbiq olunan vakant müəllim yerlərinin sayını artıb. Ötən illərdə 800 müəllim yeri üçün həvəsləndirmə tədbirləri tətbiq olunmuşdusa, bu il onların sayı artırılaraq 2500-ə çatdırılıb.
Növbəti tədris ili ərzində müəllimlərin işə qəbulu üçün əlavə müsabiqənin keçirilməsinə gəldikdə, hazırda yeni dərs ili ərəfəsində yaranan və boş qalan vakant yerlərin təhlili aparılır. Həmin yerlər, ilk növbədə müsabiqədə iştirak edərək keçid balını toplayanlara təklif ediləcək (elektron müraciət əsasında). Ehtiyac olarsa, yeni müsabiqənin vaxtı müəyyənləşdirilərək elan ediləcək.
OXŞAR XƏBƏRLƏR
Emin Əmrullayev: “Ən böyük problemimiz oxudur”
Bəzi istiqamətlər üzrə müasir suvarma sistemlərinə 50%-dək güzəşt ediləcək
PISA-da riyazi savadlılıq üzrə Azərbaycanın neçənci yerdə olduğu açıqlanıb
Səhiyyə Nazirliyi: Azad edilmiş ərazilərdə xəstəxanaların layihələndirilməsi işləri gedir
"Azərbaycanın yaratdığı əməkdaşlıq irsinə əsaslanan model formalaşdıracağıq"