Azərbaycan Silahlı Qüvvələrində intensiv döyüş hazırlığı məşqləri keçirilir - VİDEO
Silahlı Qüvvələrin qoşun növləri və qisimlərində müxtəlif ixtisaslar üzrə intensiv döyüş hazırlığı məşqləri mərhələli surətdə davam edir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, tank, PDM, aviasiya hissələrində və artilleriya bölmələrində ayrı-ayrı və birgə məşqlər icra olunur.
Dağ və dağətəyi ərazilərdə real döyüş şəraitinə yaxın vəziyyətdə tank birləşmələrinin idarə edilməsi, manevr imkanları, ekipajların praktiki hazırlığı və artilleriya vasitələrinin şərti düşmənin canlı qüvvə və texnikasının cəmləşmə rayonlarına zərbə vurulması məqsədilə top heyətlərinin bacarıq və vərdişləri öyrədilir.
Silahlı Qüvvələrdən tərxis ediləcək həqiqi hərbi xidmət hərbi qulluqçuları ilə təlim mərkəzlərindən hərbi hissələrə gələn şəxsi heyət silahlanmadakı döyüş və digər texnikaların istismarı, onların tətbiqi qaydaları üzrə təcrübələri ilə bölüşür.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi
Azərbaycan-Özbəkistan müttəfiqlik münasibətləri: Xəzərdə YENİ KOORDİNASİYALI REGİONAL MƏKAN yaranır
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb