Lukaşenkonun kortejində qəza: yaralılar var - REAL GÖRÜNTÜ
Belarus prezidenti Aleksandr Lukaşenkonun korteji Orşa-Moqilyov magistral yolunda qəza uğrayıb.
APA-nın "UNN"ə istinadən verdiyi xəbərə görə, hadisə iyulun 7-də yerli vaxtla 21.00 radələrində, Aleksandr Lukaşenko Aleksandriya şəhərindən Minskə dönərkən baş verib.
"BMW" markalı avtomobil prezident kortejinin tərkibindəki "Mercedes" markalı mikroavtobusa çırpılıb. Nəticədə mikroavtobus yoldan çıxaraq aşıb, avtomobildə olan sərnişinlər ciddi xəsarət alıblar" deyə sosial şəbəkələrdə hadisənin şahidləri paylaşıb.
Məlumata görə, Aleksandr Lukaşenkonun özü qəzaya uğrayan avtomobildə olmayıb. Avtomobildə mühafizə xidmətinin əməkdaşlarının olduğu bildirilir. Onlar xəstəxanaya yerləşdirilib.
"BMW"nin sürücüsü barəsində artıq cinayət işi başlanıb.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi
Azərbaycan-Özbəkistan müttəfiqlik münasibətləri: Xəzərdə YENİ KOORDİNASİYALI REGİONAL MƏKAN yaranır
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb