Azərbaycanın təyyarə və helikopterləri cəbhəboyu uçuşlar keçirir
Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri cəbhəboyu zona üzərində uçuşlar keçirir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, Hərbi Hava Qüvvələrinin təyyarə və helikopterlərinin cəbhəboyu zona üzərində təlim-döyüş uçuşları müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi döyüş hazırlığı planına əsasən keçirilir.
Təlimlərdə döyüş vəziyyətinə yaxın və şərti düşmən tərəfindən radioelektron maneələrin tətbiqi şəraitinə uyğun, düşmənin yerüstü, hava-hücumundan müdafiə qurğuları və digər hədəflərinə zərbə endirmək, quru qoşunları ilə qarşılıqlı əlaqədə fəaliyyət üzrə tapşırıqlar məşq etdirilir.
OXŞAR XƏBƏRLƏR
17:47
731
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
13:46
969
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi
11:54
1023
Azərbaycan-Özbəkistan müttəfiqlik münasibətləri: Xəzərdə YENİ KOORDİNASİYALI REGİONAL MƏKAN yaranır
16:32
1375
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:15
2115
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb
13:18
2034