Tehranda "nüvə" bayramı: xalq küçələrə axışdı
İran paytaxtında on minlərlə insan ölkənin nüvə proqramı ilə bağlı danışıqların uğurla nəticələnməsini bayram edib.
APA TV-nin "Euronews"a istinadən verdiyi məlumata görə, əhali Ramazan ayını yaşadığı üçün mərasimlərə axşam saatlarında start veriblər.
İranlılar üçün bu razılaşma ilk növbədə iqtisadiyyata ciddi təsir göstərən on il müddətində tətbiq edilən sanksiyaların ləğvi deməkdir.
"Biz sanksiyaların effektini hiss etmişik, bu qadağalar ləğv olunduğu andan etibarən xalqın rifahının yaxşılaşacağına inanıram" - deyə nümayiş iştirakçılarından biri qeyd edib.
Bəzi vətəndaşlar isə İrana sanksiyaların tətbiqində günahı eks-prezident Mahmud Əhmədinejadda görürlər. Onlar deyir ki, bundan qaçmaq olardı, amma keçmiş ölkə başçısı Qərblə münasibətləri daha da kəskinləşdirdi.
"Onun komandası deyirdi ki, sanksiyaların tətbiqindən xalq heç nə hiss etməyəcək və biz buna inandıq. Amma bu bizə baha başa gəldi. Bütün baş verənlər 12 əvvəl, Xatəminin prezident postundan getməsi ilə başladı. O zaman onun kursunu davam etdirmək olardı və biz bu çətinlikləri yaşamazdıq" - deyə Tehran sakini bildirib.
Sanksiyalar həmçinin xarici firmalara da İran bankları və sığorta şirkətləri ilə birbaşa əməkdaşlıq etməyə imkan verməyib. Məhz bu faktın ölkə iqtisadiyyatına daha böyük zərbə vurduğu bildirilir.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi
Azərbaycan-Özbəkistan müttəfiqlik münasibətləri: Xəzərdə YENİ KOORDİNASİYALI REGİONAL MƏKAN yaranır
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb