Putin: "Tehranla "altılıq" ölkələrinin anlaşmasını alqışlayırıq"
Rusiya prezidenti Vladimir Putin Vyanada Tehranla “altılıq” ölkələri arasında əldə olunan razılaşmaya münasibət bildirib.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Putin müvafiq anlaşmanı alqışladığını bildirib.
“Rusiya Vyanada İranın nüvə proqramı ilə bağlı vəziyyətin nizamlanmasına dair qəbul edilən qərarı alqışlayır. Ümid edirik ki, bütün maraqlı tərəflər, ilk növbədə “altılıq” ölkələri İranla razılaşdırılan qərarları tam həcmdə icra edəcəklər” - deyə o vurğulayıb.
Rusiya prezidenti razılaşmanın həmçinin dinc atom üzrə Moskva-Tehran əməkdaşlığı baxımından vacibliyini önə çəkib.
OXŞAR XƏBƏRLƏR
17:47
789
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
13:46
1026
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi
11:54
1076
Azərbaycan-Özbəkistan müttəfiqlik münasibətləri: Xəzərdə YENİ KOORDİNASİYALI REGİONAL MƏKAN yaranır
16:32
1378
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:15
2119
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb
13:18
2036