Zaqatalada bir ailənin altı üzvü qidadan zəhərləndi
Zaqatala rayonunda qidadan zəhərlənmə hadisəsi baş verib.
Zaqatala Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA TV-nin Şəki-Zaqatala bürosuna verilən məlumata görə, rayonun Danaçı kəndindən bir ailənin altı üzvü - 1966-cı il təvəllüdlü Mehdi Müslüm oğlu Mehdiyev, onun həyat yoldaşı, 1969-cu il təvəllüdlü Sübeybət Nəsrullah qızı Mehdiyeva və onların övladları, 1992-ci il təvəllüdlü Həbibət, 1996-cı il təvəllüdlü Rəziyyət, 1997-ci il təvəllüdlü Minayə və 2000-ci il təvəllüdlü Əsəbəli zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olublar.
Həkim müayinəsi və araşdırması zamanı məlum olub ki, altı nəfərdən ibarət ailə ötən gün axşam iftar açan zaman qarpız da daxil olmaqla qarışıq qida məhsulları qəbul ediblər.
Gecə saatlarında ailə üzvlərinin vəziyyətləri pisləşməyə başlayıb və bu gün səhər xəstəxanaya gətiriliblər. İlkin ehtimala görə, Mehdiyevlər qarışıq qidadan zəhərləniblər. Onlardan götürülmüş nümunələr analiz edildikdən zəhərlənmənin dəqiq səbəbi bəlli olacaq. Hazırda ailə üzvləri xəstəxananın yoluxucu xəstəliklər şöbəsində müalicə olunurlar.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi
Azərbaycan-Özbəkistan müttəfiqlik münasibətləri: Xəzərdə YENİ KOORDİNASİYALI REGİONAL MƏKAN yaranır
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb