17 saatlıq danışıqlar: Yunanıstan avrozonadan qovulmadı
Yunanıstanı artıq defolt və avrozonadan ayrılma təhlükəsi gözləmir.
APA TV-nin "Euronenws"a istinadən verdiyi məlumata görə, buna Afina ilə Avropa İttifaqına üzv ölkələrin liderlərinin 17 saat davam edən görüşündən sonra qərar verilib. Bunun müqabilində Yunanıstan hökuməti islahatlar keçirməli, yalnız bundan sonra buna görə isə beynəlxalq kreditorlardan üçüncü maliyyə paketini ala bilər.
Bundan əvvəl Avropa Şurasının sədri Donald Tusk qeyd etmişdi ki, sammit Yunanıstanla razılıq əldə edilənə qədər davam edəcək. "Bizim bir məqsədimiz var idi - anlaşmaq. 17 saatdan sonra məqsədimizə çatdıq" - deyə o bildirib.
Nəticədən məmnun qaldığını Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunker də gizlətməyib. O bildirib ki, Brüsselin niyyəti də məhz bu idi: "Biz Yunanıstanı itirmək istəmirdik. Əldə etdiyimiz nəticə təqdirəlayiqdir".
Avropa liderləri Yunanıstanın iqtisadiyyatının dirçəldilməsi və borcdan xilas olması üçün yardım edəcəklərinə hazır olduqlarını yekdil fikirlə açıqlayıblar.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi
Azərbaycan-Özbəkistan müttəfiqlik münasibətləri: Xəzərdə YENİ KOORDİNASİYALI REGİONAL MƏKAN yaranır
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb