Balakən sakini quyuya düşdü: ayaqları yandı
Balakəndə 34 yaşlı kişi iki ayağından yanıq xəsarəti alıb.
Balakən Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA TV-nin Şəki-Zaqatala bürosuna verilən məlumata görə, dünən axşam rayonun Qullar kənd sakini, 34 yaşlı Elman Xipiyev yanıq xəsarətləri ilə daxil olub.
Müayinə zamanı məlum olub ki, 34 yaşlı Elman Xipiyevin hər iki ayağında 3-cü dərəcəli termiki yanıq xəsarətləri var. Onun sözlərinə görə, həyətlərindəki zibilin yandırılması üçün nəzərdə tutulan quyuya yıxılması nəticəsində hər iki ayağı dizdən aşağı 2-ci və 3-cü dərəcəli termiki yanıq xəsarətləri alıb.
Hazırda xəstəxananın cərrahiyyə şöbəsinə yerləşdirilən Elman Xipiyevə lazımi tibbi yardım göstərilib, vəziyyəti ağır-stabil qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
17:47
798
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
13:46
1033
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi
11:54
1083
Azərbaycan-Özbəkistan müttəfiqlik münasibətləri: Xəzərdə YENİ KOORDİNASİYALI REGİONAL MƏKAN yaranır
16:32
1378
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:15
2121
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb
13:18
2036